Dieqo Simeonedən La Liqada tarixi nəticə

İspaniyanın “Atletiko” (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone La Liqada ilki gerçəkləşdirib.

Komanda.az xəbər verir ki, 54 yaşlı mütəxəssis ölkə çempionatları tarixində 1000 xal toplayan yeganə baş məşqçi kimi tarixə düşüb.

O, bu uğura La Liqanın 10-cu turunda “Leqanes”lə keçirilən matçda komandasının 3:1 hesablı qələbəsindən sonra nail olub.

Argentinalı çalışdırıcının aktivində 1002 xal var.

Dieqo Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button