
De Xea “Milan”ın keçmiş qapıçısını təəccübləndirib
“Milan”ın keçmiş qapıçısı Nelson Dida bu yaxınlarda ad günü münasibətilə ona zəng edən italiyalı jurnalistlərlə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu, İtaliya çempionatında qapıçılarla bağlı vəziyyəti dəyərləndirib və A Seriyasının ən yaxşı qolkiperlərinin adını açıqlayıb:
“Biz hamımız “Milan”dan Mayk Menyanı yaxşı tanıyırıq. Lakin bu il “Fiorentina”dan David De Xea məni təəccübləndirdi. Düşünürəm ki, onların hər ikisi indi ən yaxşısıdır”.
“Milan” İtaliya A Seriyasının növbəti turunda doğma meydanda “Udineze” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin