
“Dibalanın zədəsi çox ciddi görünür” – Mourinyo
“Roma”nın baş məşqçisi Joze Mourinyo hücumçu Paulo Dibalanın zədəsinin çox ciddi ola biləcəyini deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı məşqçi hər şeyin pis olduğunu bildirib:
“Zədə çox ciddi görünür. Mən deyərdim ki, hər şey pisdir. Amma düzünü desəm, Paulo ilə danışdıqdan sonra hər şeyin yaxşı olacağını dedi”.
Argentinalı futbolçu İtaliya çempionatının 9-cu turunun “Leççe” ilə oyununda (2:1) zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin