“Yuventus” rəsmisindən Dibalanın gələcəyi ilə bağlı açıqlama

İtaliyanın “Yuventus” klubunun idman direktoru Fabio Paratisi komandadakı gələcəyi müzakirə olunan Paulo Dibala ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, argentinalı futbolçunun bu mövsümü “qoca sinyora”da keçirəcəyini deyib:

“Komandamız hər zaman futbolçuların bir-birinə çox yaxın olması ilə tanınır. Futbolçular komandamıza qayıtdıqları üçün xoşbəxtdirlər. Dibalanın da bu yay komandanı tərk etmək ehtimalı yoxdur”.

Dibala ilə “Tottenhem” və PSJ-nin yaxından maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button