“Dibalanın cavabını dörd gözlə gözləyirik” – “Yuventus”un prezidenti

İtaliyanın “Yuventus” klubunun prezidenti Andrea Anyelli adı müxtəlif klublarla yanaşı çəkilən Paulo Dibala ilə bağlı açıqlama verib.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, klub rəhbəri, argentinalı futbolçunun iddialı təkliflər aldığını təsdiqləyib:

“Dibala koronavirusa yoluxduqdan sonra çətin dövr keçirdi. Onun “Yuventus”a olan sevgisindən xəbərdaram. Paulonu komandanın gələcək kapitanı olaraq görürük. Onu Avropanın ən çox qazanan 20 futbolçusundan biri edəcək təklif aldığını bilirəm. Dibalanın cavabını dörd gözlə gözləyirik. Hamımız onun Avropanın ən yaxşı beş futbolçusundan biri olmasını istəyirik, amma o, hələ o səviyyədə deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button