“Dibalanı qane etməyə hazır olmadığımızı hiss etdik” – Nedved

“Yuventus”un vitse-prezidenti Pavel Nedved tezliklə komandadan ayrılacağı gözlənilən hücumçu Paulo Dibalanın durumunu şərh edib.

Komanda.az “Sport İtalia”-ya istinadən xəbər verir ki, o, Dibalanın böyük gözləntiləri olduğunu deyib:

“Biz oyunçunun hərtərəfli qiymətləndirilməsini apardıq. Onun bizə meydanda və ondan kənarda nə verdiyini öyrəndik, layihəmizə verdiyi töhfəni nəzərə aldıq. Onun böyük gözləntiləri var, bu, başadüşüləndir. Çünki Dibala inanılmaz futbolçudur. Ancaq biz onu qane etməyə hazır olmadığımızı hiss etdik, ona görə də, yollarımızın ayrılması təbiidir. Amma bu o demək deyil ki, o, böyük futbolçu deyil”.

28 yaşlı argentinalı hücumçunun turinlilərlə müqaviləsi bu ilin iyununda başa çatır.

Dibala bu mövsüm “Yuventus”un heyətində 36 oyuna çıxıb, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.

Futbolçu hazırda “İnter”in diqqət mərkəzindədir. Milan klubu Dibalaya illik 6 milyon avro maaşla 4 illik müqavilə təklif edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button