Dibaladan Ronaldo-Messi müqayisəsi

“Yuventus”un və Argentina millisinin futbolçusu Paulo Dibala, Kriştiano Ronaldo və Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az “As” nəşrinə istinadən xəbər verir ki, həm Ronaldo, həm də Messi ilə birlikdə oynamış 25 yaşlı fubolçu, belə deyib:

“Mən Ronaldo ilə klubda, Messi ilə millidə birlikdə oynadığım üçün şanslıyam. Amma onların arasında müqayisə aparmaq və hansının ən yaxşı olduğunu demək mümkünsüzdür. Çünki onlar bir-birləri ilə paralel səviyyədədirlər. Onlar fərqlidirlər. Hər ikisi oyuna böyük təsir göstərə, hətta matçın gedişinə özləri qərar verə, nəticəni müəyyənləşdirə bilirlər.

Ronaldo gündəlik həyatda və məşqdə bir nümunədir, ondan çox şey öyrənə bilərsiz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button