Dibala ərəblərin təklifindən imtinasının səbəbini açıqladı

Argentina millisinin və “Roma”nın hücumçusu Paulo Dibala karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək istəməməsinin səbəbini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu klubundan məmnun olduğunu bildirib:

“Roma”da hər şey mənə uyğundur, ona görə də, bu təklifdən imtina etdim. “Roma”da mənə çox yaxşı yanaşırlar. Klubda özümü bütün istiqamətlərdə yaxşı hiss edirəm “.

29 yaşlı futbolçu “Roma”ya 2022-ci ildə “Yuventus”dan azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button