“Dibala “Roma”da 10 nömrəyə layiqdirmi?” – Totti açıqladı

“Roma”nın sabiq hücumçusu Françesko Totti Paulo Dibalanın komandada 10 nömrəli formanı ancaq bir halda daşıya biləcəyini deyib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Totti, argentinalı hücumçunun “Roma”da 10-20 il forma geyinməli olduğunu bildirib:

“Dibala “Roma”da 10 nömrəyə layiqdirmi? Daha 10-20 il burada qalsa, buna layiq olacaq”.

Totti 2017-ci ildə futbolçu karyerasını bitirib. O, karyerasının böyük hissəsini “Roma”da, 10 nömrə altında oynayıb. Tottinin gedişindən sonra “Roma”da heç bir futbolçu 10 nömrəli formanı daşımayıb.

Dibala ötən yay “Roma”ya keçib. O, 2022/23 mövsümündə komandanın heyətində 38 oyun keçirib, 18 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button