
Dibala qızıl medalını muzeyə bağışladı
Argentinalı futbolçu Paulo Dibala maraqlı addım atıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, DÇ-2022-də qazandığı qızıl medalı “Roma”nın muzeyinə bağışlayıb.
Cənubi amerikalı futbolçu 2022-ci ilin iyulunda “Yuventus”dan “Roma”ya keçib. O, paytaxt təmsilçisinin heyətində İtaliya A Seriyasında 10 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
29 yaşlı Dibala Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 2 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin