Dibala “Latsio” ilə matçda meydana çıxa bilər

“Roma”nın və Argentina millisinin hücumçusu Paulo Dibala zədəsini mümkün qədər tez sağaltmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu fərdi proqram üzrə məşq edir.

Çox güman ki, o, aprelin 6-da “Latsio” ilə keçiriləcək oyunda iştirak edə biləcək.

“Roma” 51 xalla A Seriyasında 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button