Dibala La Liqaya gedir
“Juventus”un hücumçusu Paulo Dibala karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə jurnalist Covanni Albanese “tvitter” hesabında məlumat yayıb. Amma argentinalı hücumçunun İspaniyada hansı klubla anlaşdığı açıqlanmayıb.
Dibalanın Turin klubu ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır. O, yeni klubuna azad agent kimi keçəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin