
Dibala karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
“Roma”nın hücumçusu Paulo Dibala ilə Səudiyyə Ərəbistanının bir neçə klubu maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçuya iki klub iddialıdır və qış transfer pəncərəsində onun keçidi həll edilə bilər.
Dibala üçün 35 milyon avro ödənilə bilər.
Dibala 2022-ci ilin iyulundan “Roma”da çıxış edir. Ümumilikdə o, İtaliya klubunda 45 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin