
Dibala Argentinaya qayıtmaq istəyir
“Roma”nın hücumçusu Paulo Dibala karyerasını Argentinada davam etdirmək niyyətindədir və “Boka Xuniors”a keçmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun “Roma” ilə müqaviləsinin müddətinin uzadılması yüksək maaşı səbəbindən sual altındadır.
Dibalanın hazırkı sözləşməsinin müddəti gələn yay başa çatacaq. Bu səbəbdən, o, Argentinaya qayıtmağa açıqdır.
31 yaşlı forvard 2022-ci ildən “Roma”nın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



