“Real”dan getmək istəmir – Daim ehtiyatda qalan futbolçu

“Real”ın hücumçusu Mariano Dias az şans qazanmasına baxmayaraq, klubla müqaviləsini uzatmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə Madrid klubu arasında tezliklə yeni müqavilə danışıqları başlaya bilər.

Dias ötən mövsüm 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, bu mövsüm meydanda olmayıb.

29 yaşlı futbolçu “Real”a 2018-ci ildə “Lion”dan keçib. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button