Luis Dias Almaniya klubu ilə anlaşıb

“Liverpul”un vingeri Luis Dias karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu “Bayern”lə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Onun transferi yaxın günlərdə rəsmiləşə bilər.

27 yaşlı Dias son mövsümdə “Liverpul”un heyətində 50 oyuna çıxaraq, 17 qol vurub və 8 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun bazar dəyərini 70 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button