Dias “Barselona” və “Bayern” arasında seçimini edib

“Barselona” “Liverpul”un vingeri Luis Diasla maraqlanmağa davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, kataloniyalılar kolumbiyalı futbolçunun transferi üçün “Bayern”lə mübarizə apara bilər. Çünki Almaniya klubu da oyunçunu öz heyətində görmək istəyir. Dias yaxın günlərdə “Liverpul”dan transferini istəyəcək və forvardın üstünlük verdiyi variantın “Barselona” olduğu bildirilir. O, arzusunu həyata keçirmək və İspaniya klubunun formasını geyinmək istəyir.

“Barselona” vəziyyəti diqqətlə izləyir və vingerin “Liverpul”a təzyiq göstərməsini gözləyir. Diasın transfer məbləği 60 milyon avro ola bilər. Kataloniya klubu bu məbləği məqbul sayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button