“Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündür” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Qarabağ”ı həm bu, həm də bundan qabaqkı avrokuboklardakı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Danışılası bir şey yoxdur, uduzduq. Uduzduğumuz komandanın gücü bəllidir. Udmaq üçün nəsə etməyə çalışdıq. Hücum xəttində “dişsizlik var”. Acıq reallıq olsa da belə, “Qarabağ”ın gücü var. “Qarabağ”a uduzanda belə, futbolçuların üstünə çox getmək olmur. Növbəti matçlara hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik.

Müdafiədə o qədər də pis deyilik. Amma bu dediyiniz mənfi göstəricilər “Qarabağ”la oyunlara bağlıdır. Onlardan 13 qol buraxmışıq. Açıq deyim, “Qarabağ”a qarşı oynaya bilmirik. İstədiyimizi meydanda qoymağı bacarmırıq. Futbolçulardan istədiyim o idi ki, hesab nə olursa-olsun, öz dəst-xəttimizi qoruyub-saxlayaq. Hesaba köklənməli deyilik. Bu oyun da böyük hesabla bitə bilərdi. Belə oyunlarla, səhv edə-edə inkişaf edirsən. Oyunumuzun çox hissəsi alınmadı. Məşqdə etdiklərimizi meydanda təkrarlaya bilmədik. “Sabah”a 1:3 hesabı ilə uduzmuşduq. Bu oyuna kimi deyəsən, bir qol buraxmışdıq. Komandamız intizamlı oynadı. Bizim əsas üstün cəhətimiz də odur. Rəqiblərə çox epizod vermirik. Amma udmaq üçün də nəsə etməliyik. Alınmadı.

Adama Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündür. Əsas heyət deyilsə, Diakabini bizə versinlər. Mənim ehtiyat skamyamda əvəzedici heyətdən gələn oyunçular var. “Qarabağ”da əsas heyət hansıdır, hansı əsas heyət deyil? “Qarabağ”ın ikinci heyəti deyirsizsə, onlar hər bir komandanı udmağa qadirdir və bunu etməlidir. Ən azından aldıqları maaşa görə. Düzgün müqayisə deyil”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button