Diabate Super Liqada klubunu dəyişdi

Türkiyənin “Giresunspor” klubu heyətinə daha bir legioner futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Trabzonspor”dan Fusseni Diabateni icarəyə götürüb.

Bu barədə Giresun təmsilçisinin rəsmi saytı məlumat yayıb. Vinger mövsümün sonuna kimi icarə əsasında bu komandanın uğurları üçün çalışacaq.

Diabate 2020-ci ildən “Trabzonspor”da çıxış edir. O, bu ilin əvvəlində “Göztəpə”yə də icarəyə verilmişdi. Mali yığmasına da dəvət alan futbolçu əvvəllər “Amyen”, “Sivasspor”, “Lester Siti”, “Ayaçço” kimi klubların da formasını geyinib.

“Girəsunspor” “Adıyaman 1954” klubundan müdafiəçi Osman Paşa Zorlunu da transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button