Di Marianın arzusu
“Yuventus”un yarımmüdafiəçisi Anxel di Maria yaxın gələcək üçün əsas arzusundan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu ən böyük arzusunun “Rosario Sentral”a qayıtmaq olduğunu deyib:
“Mənim arzum “Rosario Sentral”a qayıtmaqdır. Çoxdandır ki, buna ümid edirdim. Asan deyil, amma bunu etmək istərdim”.
Futbolçu 2001-2007-ci illərdə Argentinanın “Rosario Sentral” klubunda çıxış edib. O, bu yay “Yuventus”a keçib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin