Di Mariya “Yuventus”la vidalaşdı

Argentinalı yarımmüdafiəçi Anxel Di Mariya “Yuventus”dan ayrılıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Di Mariya 2022-ci ilin yayında “Yuventus”da çıxış edirdi. O, Turin təmsilçisində bütövlükdə 40 oyuna çıxıb, 8 qol və 7 asistlə yadda qalıb.

Di Mariya əvvəllər PSJ, “Real”, “Benfika”, “Rosario Sentral” və “Mançester Yunayted”də də oynayıb, Argentina millisi ilə DÇ-2022-nin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button