“Bu qarşılaşma mənim üçün millidə sonuncu idi”
Argentina millisinin yarımmüdafiəçisi Anxel di Maria Amerika kubokunun finalından sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, bu qarşılaşmanın onun üçün milli komandada sonuncu olduğunu bildirib:
“Baş məşqçi dedi ki, alqışlar üçün daha bir oyun keçirməliyəm. Bu qarşılaşma mənim üçün millidə sonuncu idi. Bu gün bütün hisslər çox qəribə idi”.
Argentina millisi turnirin final matçında Kolumbiya yığması ilə üz-üzə gəlib. Lionel Skaloninin yetirmələri əlavə vaxtda vurduqları qolla 1:0 hesablı qələbə qazanıb. Bu, argentinalıların Amerika kubokunda ardıcıl ikinci qələbəsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin