Di Mariya – İkinci ən yaşlı futbolçu
“Yuventus” UEFA Avropa Liqasının 1/16 finalının cavab görüşündə “Nant”ı məğlub edib (3:0).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç “qoca sinyora”nın oyunçusu Anxel di Mariya üçün əlamətdar olub.
Argentinalı futbolçu turnirdə “Milan”ın formasını geyinən Zlatan İbrahimoviçdən sonra het-trikə imza atan ən yaşlı futbolçu kimi tarixə düşüb (35 yaş 9 günlük).
İbrahimoviç eyni uğura 35 yaş 136 günlüyündə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin