Di Mariya hələ də Messinin klubuna keçmək barədə razılığa gəlməyib

Əvvəllər argentinalı yarımmüdafiəçi Anxel Di Mariyanın həmyerlisi Lionel Messi ilə “İnter Mayami”də yenidən bir araya gələ biləcəyi barədə məlumatlar var idi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”, “Mançester Yunayted”, “Yuventus” və PSJ-nin keçmiş futbolçusu MLS klubu ilə şəxsi müqavilənin şərtləri ilə bağlı hələ də razılığa gəlməyib.

İyunun 30-da Di Mariyanın Portuqaliya “Benfika”sı ilə müqaviləsi başa çatır.

Argentinalı futbolçu başa çatan mövsümdə “Benfika”nın heyətində bütün yarışlarda 48 matçda 17 qol vurub və 15 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button