“Di Mariya dünya çempionu olanda…” – Millinin keçmiş baş məşqçisi
Argentina millisinin keçmiş məşqçisi Luis Sezar Menotti ölkə futbolunda Anxel Di Mariyanın rolundan danışıb.
Komanda.az xəbər verir ki, “Super Deportivo Radio”-ya danışan Menotti, Di Mariyanın dünyanın ən yaxşı futbolçularından biri olduğunu bildirib:
“Di Mariya Messi, Maradona və Kempes kimi tanınmağa layiqdir. O, dünyanın ən yaxşı futbolçuları ilə bərabərdir.
O, harada oynamasından asılı olmayaraq Argentina futbolunu ən yaxşı şəkildə təmsil edən bir oyunçudur. Di Mariya dünya çempionu olanda mən özümdən çox onun üçün sevindim”.
Di Mariya Argentina millisi ilə 2022-ci ildə Qətədə keçirilən dünya çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin