Di Mariya debüt oyununda fərqləndi, komandası qələbə qazandı
Portuqaliyanın “Benfika” klubu yoldaşlıq matçında “Bazel”i məğlub edib – 3:1.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yay transfer pəncərəsində “qartallar”a qoşulan Anxel Di Mariya debüt matçında fərqlənib. “Benfika”nın digər qollarını Qonsalo Ramos və David Jurasek vurublar.
Portuqaliya klubu iyulun 5-də “Yuventus”dan argentinalı futbolçunu transfer edib. O, 2007-2010-cu illərdə də “Benfika”da oynayıb.
“Qartallar” iyulun 20-də yoxlama görüşü çərçivəsində “Əl-Nəsr”lə, “Bazel” isə iyulun 18-də “Old Boys”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin