Di Maria sabah “Yuventus”a cavab verməlidir

Argentinalı yarımmüdafiəçi Anxel di Maria yaxın günlərdə “Yuventus”la müqavilə imzalayacaq.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Turin klubunun rəhbərliyinə cavabını iyunun 20-də verəcəyini bildirib. Danışıqlar bir aydır ki, davam edir. Futbolçu ilə “Barselona” da maraqlanırdı.

Di Maria 2015-ci ilin yayından PSJ-də çıxış edirdi. O, ötən mövsüm PSJ-nin heyətində Fransa Liqa 1-də 26 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button