Di Mariyanın karyerasındakı ən pis məşqçi

“Yuventus”un yarımmüdafiəçisi Anxel di Mariya keçmiş baş məşqçisi Lui van Qal haqda fikir bildirib.

Komanda.az “Ataque Futbolero”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu “Mançester Yunayted”in keçmiş çalışdırıcısı ilə münasibətlərinin pozulduğunu deyib:

“Münasibətimiz tamamilə pozuldu. “Mançester Yunayted”i cəhənnəmə çevirmək istəyirdim. Rəhbərlik bilirdi ki, problem Lui van Qalla mənim aramdadır. 3:0 hesabı ilə qalib gəldiyimiz matçda qol vurdum və məhsuldar ötürmə etdim. Ertəsi gün mənə zəng etdi ki, etdiyim hər pis ötürmənin videosunu göndərim. O, karyeram boyu çalışdığım ən pis məşqçidir”.

Argentinalı futbolçu 2014-15-ci illərdə Mançester klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button