
“Messi Ronaldodan üstündür”
Lionel Messi və ya Kriştiano Ronaldodan hansının daha yaxşı olduğu ilə bağlı mübahisə hər zaman davam edir.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Argentina millisinin futbolçusu Anxel Di Maria bu mövzuya münasibət bildirib:
“Messi Ronaldodan üstündür. Onlar hər zaman yalnız qələbə haqqında düşünür. Amma sonda ən çox “qızıl top” qazanan daha yaxşıdır. Messinin 8 “qızıl top”u var. Buna görə də, mənim üçün Leo ilə Ronaldo arasında müəyyən məsafə var”.
Kriştiano Ronaldo 5 dəfə “qızıl top”u qazanıb.
Argentina millisi iyulun 14-dən 15-nə keçən gecə Amerika kubokunun finalında Kolumbiya yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin