“Di Maria maaşının nə olacağını bilmək belə istəmirdi” – Klub prezidenti
“Benfika”nın prezidenti Ruy Koşta argentinalı yarımmüdafiəçi Anxel Di Marianın maaşı ilə bağlı məlumat paylaşıb.
Komanda.az B24-ə istinadən xəbər verir ki, klub rəhbəri Di Marianın “Benfika”ya pula görə keçmədiyini bildirib:
“Di Marianın maaşı limitdən aşağıdır və o, kluba bonus üçün heç bir sənəd imzalamadan gəldi. O, maaşının nə olacağını bilmək belə istəmirdi. Anxel daha çox pul tələb etməyib. O, mənə nə qədər pul təklif etsək də, “Benfika”da oynayacağını söylədi”.
35 yaşlı Di Maria 2007-2010-cu illərdə də “Benfika”da çıxış edib. Argentinalı yarımmüdafiəçi “Yuventus”la müqaviləsi başa çatdıqdan sonra Lissabon klubuna azad agent kimi qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin