
Daha bir məşhur futbolçu milli karyerasını bitirdiyini açıqladı
Amerika kubokunun final matçı Anxel di Marianın Argentina millisində sonuncu oyunu olacaq.
Komanda.az “sportingpedia”-ya istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçinin özü milli karyerasını bitirəcəyini açıqlayıb:
“Mən həmişə bu forma üçün canımı verdim. Nə olursa olsun, iyulun 14-də gedə biləcəm. Milli komandaya hər şeyimi verdim. Əvvəlki nəsil mənə qurban verməyi və təslim olmamağı öyrətdi. Argentina millisində son oyunumu keçirməyə hazır deyiləm, amma vaxt yetişib”.
İyulun 11-də Amerika kubokunun yarımfinalında qarşılaşacaq Uruqvay – Kolumbiya matçının qalibi finalda Argentinanın millisinin rəqibi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin