Məşhur futbolçu Messinin klubuna keçə bilər

“Benfika”da çıxış edən argentinalı vinger Anxel di Maria MLS-ə keçə bilər.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, Lionel Messinin çıxış etdiyi “İnter Mayami” hücumameyilli yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.

Di Marianın Portuqaliya klubu ilə müqaviləsi gələn ilin ortalarına qədərdir.

36 yaşlı yarımmüdafiəçi Portuqaliya çempionatının cari mövsümündə 6 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button