
Sabiq futbolçu “Milan”ın yeni formasını ələ saldı – FOTO
“Milan”ın keçmiş futbolçusu Paolo Di Kanio İtaliya klubunun 4-cü formasını bəyənmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Milan komandasının yeni formasını ələ salıb:
“Beldən aşağıya doğru Belçika formasına, beldən yuxarıya doğru Portuqaliya formasına bənzəyir. Bu nədir? Belə bir anda, fərdiliyin vacib olduğu bir zamanda “Milan”ın forması vacibdir! Evdə oynayırsan”.
Milan klubu A Seriyasının 27-ci turunda evdə “Latsio”ya 1:2 hesabı ilə məğlub olub. Milanlılar sarı-qara elementləri olan qırmızı-yaşıl formada çıxış ediblər.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin