“Deyə bilmərik ki, niyə “Sumqayıt”dan çağırmısan, bizdən yox” – “Qəbələ” rəsmisi

Dünən Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və yoxlama görüşündə Litva ilə qarşılaşacağı oyunlar üçün heyəti açıqlandı.

Diqqətçəkən məqam odur ki, son illərdə ilk dəfə olaraq, “Qəbələ”nin heç bir futbolçusu milli komandaya dəvət almadı. “Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı bununla bağlı Komanda.az-a açıqlama verib:

“Ölkədə 2-3 nəfər, hamının da etiraf elədiyi güclü futbolçular var. Onlardan başqa, bizim futbolçuların kimdənsə zəif olduğunu deməzdim. Biz öz futbolçularımıza inanırıq. Onların ölkənin ən yaxşı futbolçularından olduğunu bilirik.

Bütün komandalarda olduğu kimi, millidə də heyəti baş məşqçi müəyyən edir. Burda da baş məşqçi seçimini belə edib. Kimləri heyətdə görmək istəyibsə, onları da çağırıb. Hazırkı vəziyyətdə tənqid edə bilmərik ki, niyə bizim futbolçuları çağırmamısan. Deyə bilmərik ki, niyə “Sumqayıt”dan çağırmısan, bizdən yox. Bunu demək, yanlış olar. Digər tərəfdən də, DÇ-2018-də Almaniya millisinin baş məşqçisi Leroy Saneni dəvət etmədi. Bu o demək deyil ki, Sane zəif futbolçudur. İndiki heyətdə də, Almaniya millisinə güclü futbolçulardan çağırılmayanlar var. Çağırılmırsa, demək deyil ki, o zəifdir.

Nikola Yurçeviçin qərarının səhv və ya düz olduğunu futbol mütəxəssisləri, ekspertlər, nəticələr deyəcək. İndidən nəsə demək çətindir”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button