
“Bayern”in zədəli futbolçusu qayıdacağı vaxtı açıqladı
“Bayern”in müdafiəçisi Alfonso Deyvis yaşadığı ağır zədədən sonra nə vaxt yaşıl meydanlara qayıdacağını açıqlayıb.
Komanda.az xəbər verir ki, hazırda çarpaz bağ zədəsindən sonra bərpa prosesində olan kanadalı futbolçu “Bild” nəşrinə verdiyi açıqlamada noyabrda qayıtmağı planlaşdırdığını bildirib:
“Noyabrda qayıtmağı planlaşdırıram”.
Deyvis 2024/25 mövsümündə 31 oyunda iştirak edib, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



