“Bayern” Deyvisdən şübhələnir

“Bayern” klubu müdafiəçisi Alfonso Deyvisin durumundan şübhələnir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, son matçlarda hətta bəzi rəqiblər də kanadalı oyunçunun meydanda laqeyd hərəkətinə təəccüblənib.

Bir çox insan Alfonsonun “Bayern”in pis nəticələrini vecinə almadığını düşünür. Deyvis baş məşqçi Tomas Tuxelin komandasında əsas sol cinah müdafiəçisi olaraq qalır, lakin o, cəza səbəbindən Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la cavab matçını buraxacaq.

Deyvis yayda “Real”a keçə bilər. Futbolçu “Bayern”lə 2025-ci ildə başa çatacaq müqaviləsini yeniləməkdən imtina edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button