“Deyvis keçmişinin kölgəsidir” – Keçmiş futbolçu
“Bayern”in keçmiş yarımmüdafiəçisi Lotar Matteus Münhen təmsilçisinin müdafiəçisi Alfonso Deyvisin cari mövsümdəki çıxışını qiymətləndirib.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, kanadalı futbolçunun böhranının səbəblərinin “Bayern”lə çətin keçən danışıqlarda deyil, son bir neçə ayda olduğunu söyləyib:
“Alfonso Deyvis keçmişinin kölgəsidir. Onun fikirləri aydın deyil. Onun böhranının səbəbləri “Bayern”lə çətin keçən yeni müqavilə danışıqlarında deyil, son bir neçə aydadır”.
23 yaşlı futbolçu bu mövsüm 32 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Kanadalı müdafiəçinin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyunun sonunda başa çatır.
Münhen komandası Bundesliqada 27 turdan sonra 60 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin