“Deyəsən, “Mançester Yunayted”in kubok qazanmağından xeyli vaxt keçib”
Keçmiş futbolçu Roy Kin İngiltərə Liqa kubokunun final mərhələsinin “Mançester Yunayted” – “Nyukasl” (2:0) matçını dəyərləndirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın qələbəyə layiq olduğunu bildirib:
“Deyəsən, “Mançester Yunayted”in kubok qazanmağından xeyli vaxt keçib. Qələbəyə layiq idilər. Vurduqları qollar yaxşı idi. Ümid edirəm ki, bu qələbə yeni uğurların başlanğıcı olacaq”.
Xatırladaq ki, bu, “qırmızı şeytanlar”ın 2017-ci ildən bəri qazandığı ilk kubokdur. Eyni zamanda, Mançester təmsilçisi tarixində 6-cı dəfə İngiltərə Liqa kubokuna sahib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin