“Mançester Yunayted” orta səviyyəli komanda kimi oynayır” – Keçmiş futbolçu
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin “Liverpul”la heç-heçədən (2:2) sonra “qırmızı şeytanlar”ın baş məşqçi Erik ten Haqın işi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, irlandiyalı mütəxəssis Ten Haqın çox məmnun göründüyünü bildirib:
“Deyəsən, Ten Haq matçdan sonra bir neçə bakal şərab içib. Ten Haq çox məmnun görünürdü. “Mançester Yunayted” orta səviyyəli komanda kimi oynayır, kiçik bir klubun futbolunu nümayiş etdirir. Mən başa düşmürəm ki, onlar necə qalib gələcəklər”.
“Mançester Yunayted” 49 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.
“Liverpul” Premyer Liqada məğlubiyyətsizlik seriyasını 8 matça çatdırıb – 6 qələbə və 2 heç-heçə. Yurgen Kloppun komandasının 71 xalı var və 2-ci pillədə qərarlaşıb. Mersisaydlılar əlavə göstəricilərə görə Premyer Liqanın lideri “Arsenal”dan (71) geri qalırlar.
Bizi Facebook-da izləyin