
Qvardiola: “Deyəsən, hər şey son gündə həll olunacaq”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 29-cu turunda “Brayton”la heç-heçədən (2:2) sonra komandasının gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq şanslarından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşıda hələ çətin oyunların olduğunu söyləyib:
“Qarşıda 9 oyun, 9 final var. Deyəsən, hər şey son gündə həll olunacaq. Mövsümün sonuna 9 qarşılaşma qalıb. Qarşıda bizi çətin oyunlar gözləyir”.
“Mançester Siti”nin İngiltərə çempionatının 29 oyunundan sonra 48 xalı var və beşinci yerdədir. Komanda İngiltərə Premyer Liqasının növbəti turunda “Lester”lə qarşılaşacaq. Oyun aprelin 2-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin