Deyvis “Real”a keçəcək?
“Bayern”in və Kanada millisinin futbolçusu Alfonso Deyvis “Real”a keçməyə meyllidir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ilə Münhen klubu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar 6 ay müddətinə dayandırılıb. “Real” Deyvislə maraqlanır və sol cinah müdafiəçi mövqeyində istədiyi bacarığı onda görür. İspanlar artıq “Bayern”lə müqaviləni yeniləməmək və vaxt keçirməmək tövsiyəsi ilə onun ətrafı ilə ilkin mərhələdə əlaqə yaradıblar.
23 yaşlı futbolçunun “Bayern”lə 2025-ci ilin iyun ayına qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin