
Səudiyyə Ərəbistanından Deşama təklif
Fransa millisinin baş məşqçisi Didye Deşama 2026-cı il dünya çempionatından sonra Səudiyyə Ərəbistanının futbol komandalarından birini çalışdırmaq təklif edilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu (PIF) 56 yaşlı mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayaraq, onun gələcəkdə Səudiyyə Ərəbistanı klubunda işləmək imkanlarını müzakirə edib.
Deşamın nümayəndələri bu cür təklifin onlar üçün “xoş və qürurverici” olduğunu bildiriblər, ancaq indidən konkret qərar verməyin tez olduğunu da qeyd ediblər.
Deşamın Fransa millisi ilə müqaviləsinin müddəti 2026-cı il dünya çempionatının sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin