Deşam: “Varan hər şeyi düzgün etdi”
Fransa millisinin baş məşqçisi Didye Deşam müdafiəçi Rafael Varanın ciddi zədədən sonra karyerasını bitirmək qərarını şərh edib.
Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı Varanı yaxşı tanıdığını bildirib:
“Mən Varanı yaxşı tanıyıram. O, bu qərarı veribsə, deməli, diqqətlə düşünüb. Məncə, Varan hər şeyi düzgün etdi. 10 ildir ki, Fransa millisi onun ikinci ailəsi olub, komandanın qapıları onun üzünə həmişə açıqdır. O, futbol sahəsində və ondan kənarda komandanın liderlərindən biri idi”.
31 yaşlı müdafiəçinin karyerasında sonuncu klubu “Komo” olub. O, bundan əvvəl “Real” və “Mançester Yunayted”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin