
Deşam: “Rəqibimizdən daha pis idik”
Fransa millisinin baş məşqçisi Didye Deşam Almaniya ilə yoldaşlıq görüşündə (0:2) məğlubiyyətin səbəbləri ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı məşqçi belə bir oyuna hazır olmaqlıarını bildirib:
“Düşünürəm ki, belə bir oyuna hazır deyildik. Bizdə müəyyən keyfiyyətlər yox idi – fədakarlıq, aqressivlik. Rəqibimizdən daha pis idik”.
Fransa millisi növbəti matçını martın 26-da Çili ilə, Almaniya isə həmin gün Niderlandla keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin