Deşam “Real”ı müdafiə etdi

Kilian Mbappe oktyabrdakı təlim-məşq toplanışı üçün Fransa millisinin heyətinə daxil edilməyib, lakin bundan sonra o, “Real”da “Vilyarreal”a qarşı oynayıb.

Madrid klubunun milli komandalara təzyiq göstərməsi, onların əleyhinə qərarlar verilməsi ilə bağlı ehtimallar var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam bu şayiələri təkzib edib:

“Mbappe “Vilyarreal”la matçda formada deyildi. “Real”dan heç bir xahiş olmadı, qərarı mən verdim. O, yüz faiz hazır olmadan “Vilyarreal”a qarşı oynadı”.

Fransa millisi bu gün UEFA Millətlər Liqası çərçivəsində İsrail yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button