Deşam Qrizmannı müdafiə etdi
Fransa millisinin baş məşqçisi Didye Deşam “Atletiko”nun hücumçusu Antuan Qrizmannın UEFA Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunmasına münasibət bildirib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Deşam, Qrizmannı az oynamasına baxmayaraq, vacib oyunçu adlandırıb:
“Qrizmann “Atletiko”da az oynayır? O, heç olmasa yorulmayıb! Qrizmann indi az şans qazanan futbolçuların vəziyyətindədir. Onun sonuncu dəfə 90 dəqiqə oynamasından xeyli vaxt keçib. Lakin Qrizmann hələ də klubu üçün vacib oyunçudur. O, həmişə ən yaxşı oyununu göstərmək üçün çalışır”.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin