Deşam PSJ-nin bəyanatına cavab verdi

Fransa millisinin baş məşqçisi Didye Deşam PSJ-nin narazılığına cavab verib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:

“Biz tibbi rəy alanda futbolçuların vəziyyətini bilirik. PSJ-nin reaksiyasını başa düşürəm. Lakin futbolçular meydanda olarkən risk sıfır ola bilməz. Biz bunu matçdan bir həftə əvvəl ciddi qəbul edirdik. Hər məşqdən əvvəl futbolçunun özünü necə hiss etdiyini soruşurduq”.

Daha əvvəl PSJ milli komandanın Osman Dembele və Desire Duenin sağlamlıqla bağlı tövsiyələrinə məhəl qoymamasından təəssüfləndiyini bildirərək, bəyanat yayıb. Futbolçular Ukrayna millisinə qarşı oynayıb (2:0) və zədələniblər.

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Fransa millisi sentyabrın 9-da İslandiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button