Deşam Poqbaya görə sevinir

Fransa millisinin baş məşqçisi Didye Deşam “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın diskvalifikasiya müddətinin azaldılması ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı bunun əla xəbər olduğunu bildirib:

“Poqba üçün “yaşıl işıq” yandı. Bu, əla xəbərdir. Poqba martda meydana qayıda bilər. İndi bilir ki, tezliklə qayıdacaq. Bu, onun üçün böyük sevincdir, çünki bu oğlan futbolu çox sevir”.

31 yaşlı fransalı yarımmüdafiəçinin bədənində kənar maddələr aşkar edildiyinə görə əvvəlcə 4 il müddətinə diskvalifikasiya edilmişdi. O, apellyasiya şikayətini qazanaraq, qadağanı 1,5 ilə endirib.

Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button