“Jiru meydanda görünməsə də, liderlərdən biri idi”
Fransa millisinin baş məşqçisi Didye Deşam Avropa çempionatında son dəfə yığmada forma geyinən hücumçu Olivye Jirunun çıxışını yüksək qiymətləndirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı, Jirunun da digər oyunçular kimi üzüldüyünü bildirib:
“Jiru komandanın digər oyunçuları kimi üzüldü. O, uzunömürlülük və peşəkarlıq nümunəsidir. Az oyun vaxtı alsa da, millinin tamhüquqlu üzvü olmağa davam etdi. Jiru meydanda görünməsə də, liderlərdən biri idi”.
37 yaşlı forvard Avropa çempionatında qol vurmadığı dörd matçda iştirak edib.
Fransa millisi yarımfinalda İspaniyaya uduzaraq (1:2), AÇ-2024-lə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin