
Deşam mətbuat konfransında “Qarabağ”dan danışdı
Fransa millisinin baş məşqçisi Didye Deşam Azərbaycan yığması ilə oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, fransalı mütəxəssis sabah hədəflərinin qələbə qazanmaq olduğunu deyib:
“Meydana “yüz faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmaq olmaz. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan yığması Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdir. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Üstəlik, rəqibin heyətində UEFA Çempionlar Liqasında uğurlu start götürən “Qarabağ”ın 7 futbolçusu yer alıb. Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik”.
Fransa – Azərbaycan matçı oktyabrın 10-da, “Park de Prens” stadionunda, saat 22:45-də başlayacaq.
Bizi Facebook-da izləyin



